28 avqust 2026 12:14
97

Üç çəki dərəcəsində 5 cüdoçumuz mübarizə aparacaq Böyük Dəbilqə turniri

Bu gün İsveçrənin Lozanna şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək. İlk yarış günündə üç çəki dərəcəsində 5 cüdoçumuz mübarizə aparacaq.

Qadınlar

-52 kq, 1/16 final
Gültac Məmmədəliyeva  – Madina Qurbonzoda 
Leyla Əliyeva – Rin Takeuçi 

Kişilər

-60 kq, 1/16 final
Əhməd Yusifov  – David Naji  / Loiq Kudbudinov cütünün qalibi ilə

-66 kq, 1/32 final
Turan Bayramov – Lenni Şeynfeld 
-66 kq, 1/16 final
Ruslan Paşayev – Suxrob Boqiyev 

Təsnifat mərhələsi – 10:30
 Final bloku – 19:00

Canlı yayım: Judo TV, CBC Sport 

İdmançılarımıza uğurlar arzulayırıq!