28 avqust 2026 11:35
92

"Trabzonspor" Fatih Təkkənin istefasını qəbul etmədi

"Trabzonspor"un baş məşqçisi Fatih Təkkə UEFA Avropa Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" klubuna 0:4 hesabı ilə uduzduqları oyundan sonra istefa verdiyini bəyan edib. Lakin gecə yarısı Qara dəniz təmsilçisinin rəhbərliyindən bu istefanın qəbul edilmədiyi ilə bağlı rəsmi açıqlama yayılıb.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, yoluna UEFA Konfrans Liqasında davam edəcək bordo-mavililərdə baş məşqçi Fatih Təkke qarşılaşmadan sonra bunları bildirib: "Qırmızı vərəqəyə qədər müsbət keçəcək bir matç kimi görünürdü. Nəticədə Avropa Liqasına vəsait qazana bilmədik. 18 aydır gecə-gündüz heyətimlə birgə daha yaxşı nə edə biləcəyimizi düşünürük. Komanda çox daha yaxşı olacaq, bu dəqiqdir. Çox uzatmayım, heç kimin xəbəri yoxdur. Hazırkı məqamda 18 aylıq vəzifəmdən istefa verirəm. Bu cəzanı özümə verməyə bir az haqqım olsun. Bəzi oyunlar var ki, insanı çox yaralayır. Həmin matçlardan birini yaşadıq. Çox qürur duyduğum vəzifədən, təəssüf ki... Çox dəyərli işlər gördük, amma istefa verdim. Çünki futbolçularıma dediyim bir şey var: məğlubiyyətlər mənə, qələbələr oyunçularıma yazılır. Bugünkü məğlubiyyət qəbulolunmazdır. Uğursuzluqlar qəbul edilər, amma mən bunu qəbul edə bilmərəm. Bəzən bir səhv belə nəticələrə gətirib çıxarır."

Təcrübəli mütəxəssisin aldığı istefa qərarı rəhbərlik tərəfindən rədd edilib. Klubun rəsmi bəyanatında deyilir: "Baş məşqçimiz Fatih Təkkə 'Ferensvaroş' qarşılaşmasından sonra yaşanan məğlubiyyətin yaratdığı emosional gərginliklə istefa qərarı alıb. "Trabzonspor"un İdarə Heyəti olaraq baş məşqçimiz Fatih Təkkənin istefa qərarı qəbul edilməmişdir. Fatih Təkkə baş məşqçi vəzifəsinə davam edir və liqada oynayacağımız 'Amedspor' qarşılaşmasında komandamızın başında olacaq."

2025-ci ilin martından bəri komandaya rəhbərlik edən 48 yaşlı mütəxəssis, "Trabzonspor"un sükanı arxasında çıxdığı 61 matçda 35 qələbə, 14 heç-heçə və 12 məğlubiyyət alıb.