28 avqust 2026 15:57
112

"Beşiktaş"ın rəqibləri bəlli olub

Türkiyənin "Beşiktaş" komandasının UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

“İki sahil” xəbər verir ki, "ağ-qaralar" Almaniyanın "Bayer 04", Fransanın "Marsel", Şotlandiyanın "Seltik", Belçikanın "Union", Kiprin "Omoniya", İngiltərənin "Kristal Pelas", Almaniyanın "Hoffenhaym" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları ilə üz-üzə gələcək.

Xatırladaq ki, Avropa Liqasının əsas mərhələsi sentyabrın 16-da start götürəcək.