Polşa ABŞ-dən F-15 qırıcıları əldə etmək niyyətində deyil.
“İki sahil” xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyindən "Defence24" portalına bildirilib.
"Polşa Respublikasının Silahlı Qüvvələri F-15EX təyyarələrini almağı planlaşdırmır. ABŞ tərəfinin F-15 proqramı ilə bağlı dərc etdiyi çərçivə müqaviləsində Polşanın adının çəkilməsi qərarın qəbul edilməsi və ya Polşa tərəfindən bu təyyarələrin satınalma prosesinin başlaması demək deyil", — deyə idarənin portalın sorğusuna cavabında qeyd olunur.
Polşanın adı avqustun 24-də Pentaqon tərəfindən bu maşınların tədarükü və servisinə dair "Boeing" şirkəti ilə bağlanmış çərçivə müqaviləsi haqqında dərc olunmuş bəyanatda potensial alıcılar arasında çəkilmişdi.