26 avqust 2026 13:59
139

Sarqsyanın ölkədən çıxışına qadağa qoyulub

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana ölkəni tərk etmək qadağan edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Aysor" Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Sarqsyana artıq ittiham irəli sürülüb.

"Korrupsiyaya Qarşı Mübarizə Komitəsində istintaq edilən eyni cinayət icraatı çərçivəsində Ermənistan Respublikasının sabiq prezidenti Serj Sarqsyana Ermənistan Respublikası Cinayət Məcəlləsinin 18 aprel 2003-cü ildə qəbul edilmiş 308-ci maddəsinin 2-ci hissəsi (qüvvədə olan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə uyğundur) ilə də ittiham irəli sürülüb", - komitədən bildirilib.