25 avqust 2026 02:06
94

Kamil "Yuventus"da

İtaliyanın "Yuventus" klubu Almaniyanın "Volfsburq" komandasından polşalı qapıçı Kamil Qrabaranı heyətinə cəlb edib.

Bu barədə məşhur insayder Fabritsio Romanoya məlumat verib.

Məlumata görə, tərəflər arasında razılıq tam əldə olunub.

25 yaşlı qolkiper Turin təmsilçisində icarə əsasında çıxış edəcək. Müqavilədə mövsümün sonunda futbolçunu satınalma opsiyası da yer alıb.

"Yuventus" bu transferlə qapı xəttindəki rəqabəti daha da artırmağı hədəfləyib.

Fanat.Az