ABŞ Suriyanı rəsmi olaraq terrorçuluğun dövlət sponsorları siyahısından çıxarıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunmuş açıqlamada bildirilib.
"Prezident (ABŞ-red) Donald Trampın Suriyaya qarşı sanksiyaların yumşaldılması vədinə uyğun olaraq, Dövlət Departamenti bu gün Suriyanın terrorizmin dövlət sponsoru kimi tanınmasını ləğv edib", - açıqlamada deyilir.
Bundan əlavə, "Həyat Təhrir əş-Şam" terror təşkilatları siyahısından çıxarılıb. Qeyd olunur ki, qərar həmçinin Suriya hökuməti üçün iqtisadi inkişaf və beynəlxalq ticarət imkanlarını genişləndirir.