2026-cı ilin yanvar-iyun aylarında Polşada xarici vətəndaşlara verilən iş vizalarının sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə azalıb.
“İki sahil” xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunan məlumatda bildirilir.
2026-cı ilin birinci yarısında əcnəbilər Polşada ümumilikdə 69 min iş vizası alıblar. DİN-in məlumatına görə, 2025-ci ilin eyni dövründə 144 min, 2024-cü ilin yanvar-iyun aylarında isə 173 min belə icazə verilmişdi.
Eyni zamanda, 2026-cı ilin ilk yarısında polis ölkə ərazisində vaxtı keçmiş iş icazəsi ilə qalan 11 min əcnəbini saxlayıb. 2025-ci ildə bu cür saxlanılmaların sayı 70% az idi.
Avqustun 19-da Polşanın keçmiş Baş naziri və sağçı "Inkişaf Plus" birliyinin lideri Mateuş Moravetski əcnəbi vətəndaşların deportasiyası ilə məşğul olan xüsusi xidmətin, habelə Polşada olan hər bir əcnəbi miqrant üçün internetdə dosyenin yaradılmasını təklif edib.