Çin hakimiyyəti Vaşinqtonun İrana dəstək verən ölkələrə qarşı hər hansı birtərəfli tədbirlərini qanunsuz hesab edir.
“İki sahil” TASS-s istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szian bildirib.
"Bir daha bəyan etmək istəyirəm ki, Çin beynəlxalq hüquqda əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən bəyənilməyən qanunsuz birtərəfli sanksiyalara qarşı çıxır", — deyə o, ABŞ-nin maliyyə naziri Skott Bessentin İranı dəstəkləyən ölkələrə təzyiqlərin artırılması barədə sözlərini brifinqdə şərh edərkən bildirib.
Çinli diplomatın dəqiqləşdirdiyinə görə, Pekin bütün maraqlı tərəfləri məsuliyyətlə hərəkət etməyə, problemləri siyasi və diplomatik üsullarla həll etməyə çağırır. O qeyd edib ki, sanksiya və hərbi təzyiqlər problemlərin həllinə imkan vermir, yalnız gərginliyi artırır.
Lin Szian həmçinin vurğulayıb ki, eskalasiya heç bir tərəfin maraqlarına cavab vermir.