"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
“İki sahil” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub.
Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.
Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.