21-28 avqust tarixlərində Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək. Ölkəmizin ev sahibliyi etdiyi C qrupunun qarşılaşmaları Milli Gimnastika Arenasında təşkil olunacaq.
Yarışın açılış mərasimi 21 avqustda saat 18:15-də keçiriləcək. Açılış mərasimindən sonra, saat 19:00-da Azərbaycan və Portuqaliya milli komandaları arasında C qrupunun ilk oyunu başlayacaq.
Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı 21 avqust-6 sentyabr tarixlərində Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.
Bakının ev sahibi olduğu C qrupunda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya milli komandaları mübarizə aparır.
Cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib