İranın daxili işlər naziri İskəndər Momeni iyulun 20-də Pakistan rəhbərliyi ilə görüşmək üçün İslamabada səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin məlumatına görə, "İranın daxili işlər naziri sabah İslamabadda Pakistan rəhbərliyi ilə görüşəcək".
Nazirin İslamabada səfəri ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.
Qeyd edək ki, Pakistan son vaxtlara qədər İran və ABŞ arasında aparılan danışıqlarda vasitəçi rolunu oynayıb.