Böyük Britaniyanın "Reform UK" partiyasından olan keçmiş parlament deputatı Enn Uiddikombun qətli ilə bağlı qaldırılan cinayət işində polis 28 yaşlı Coşua Kerrini əsas şübhəli şəxs kimi müəyyən edib.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, Coşua Kerri İngiltərənin şimalında yerləşən Kimberuort şəhərində yaşayır. Qətli törətmək üçün o, şimaldan ölkənin cənub-qərbinə - zərərçəkənin yaşadığı evə qədər təxminən 480 kilometr məsafə qət etməli olub.
"Reform UK" partiyasının tanınmış siması, 78 yaşlı Enn Uiddikomb iyulun 9-da İngiltərənin cənub-qərbindəki kənd evində ölü halda tapılıb. Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat-axtarış tədbirləri başladılıb. Əsas şübhəli bilinən Coşua Kerri iyulun 11-də polis əməkdaşları tərəfindən saxlanılıb. Kerrinin həbsindən əvvəl polis digər bir şübhəli şəxsi də saxlamışdı, lakin aparılan dindirmələrdən sonra həmin şəxs tezliklə azadlığa buraxılıb.
Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir, cinayətin motivləri araşdırılır.