İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Hörmüz boğazında gəmiçilik qaydalarını pozan iki tanker partlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
SEPAH-ın iddiasına görə, gəmilər ABŞ hərbçilərinin onları buna guya məcbur etməsindən sonra boğazın cənub hissəsində təhlükəli marşrutla hərəkət etməyə cəhd göstəriblər. Partlayışlar nəticəsində tankerlər yollarına davam edə bilməyiblər.
Bəyanatda vurğulanıb ki, ABŞ silahlı qüvvələrinin regionda mövcudluğu hüquqi qüvvəyə malik deyil və İran Amerika tərəfinin hərəkətlərinə cavab vermək niyyətindədir.
Bundan əlavə, SEPAH xəbərdarlıq edib ki, ABŞ əməliyyatları dayandırılana qədər Hörmüz boğazından keçən neft, qaz və kimyəvi maddələr daşıyan gəmilər üçün bu marşrut təhlükəsiz hesab edilə bilməz.