Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün I təsnifat mərhələsində cavab oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, Ağdam klubu İslandiyanın “Vestri” komandasının qonağı olacaq.
Reykyavik şəhərində yerləşən “Trottarvöllur” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Qarşılaşmanı Çexiyadan olan FIFA referisi Marek Radina idarə edəcək.
Qeyd edək ki, Bakıda baş tutan ilk oyunda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi II raundda MOİK (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.