13 sentyabr 2026 17:37
92

"Red star" "See Breeze 2026" beynəlxalq turnirini 3-cü yerdə başa vurub

"Sea Breeze Resort" ərazisində, "Havana Beach"də keçirilən çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirində bürünc medal uğrunda oyun keçirilib.

“İki sahil” xəbər verir ki, bu qarşılaşmada Böyük Britaniyanın "Red star" klubu Rusiyanın "Moskva" komandası ilə üz-üzə gəlib. Britaniya təmsilçisi rəqibinə 9-5 hesabı ilə qalib gələrək turnirin bürünc medalını qazanıb. Beləliklə, "Red star" klubu "See Breeze 2026" beynəlxalq turnirini 3-cü yerdə başa vurub.

Qeyd edək ki, bu gün həlledici görüşdə Azərbaycanın "Elit" komandası və İsveçrənin "Sankt Moritz" klubu üz-üzə gələcək.