15 iyul 2026 21:52
115

Salah "Çelsi"yə qayıdır?

Misir millisinin hücumçusu Məhəmməd Salah "Çelsi"yə qayıtmağa müsbət yanaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "ONTime Sports" məlumat yayıb.

Bildirilir ki, hazırda Salahla "Çelsi" arasında hər hansı razılıq əldə olunmayıb. Ancaq 34 yaşlı futbolçunun yaxın çevrəsinə İngiltərədə yenidən çıxış edəcəyi təqdirdə yalnız "Çelsi"nin formasını geyinmək istədiyini dediyi bildirilir.

Xatırladaq ki, Salah doqquz illik "Liverpul" karyerasını başa vurduqdan sonra azad agent statusu alıb. 

Qeyd edək ki, o, Premyer Liqada start heyətində keçirdiyi 300 oyundan cəmi 6-sında "Çelsi"nin, qalan 294 matçda isə "Liverpul"un formasını geyinib.