14 iyul 2026 21:35
165

Çempionlar Liqası: TNS-"Sabah" oyunu başlayıb - YENİLƏNİB

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Ozuestri şəhərində üz-üzə gələcək Uelsin TNS və "Sabah" komandalarının start heyətləri açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Bakı vaxtı ilə saat 21:30-da “Park Hall” stadionunda keçiriləcək görüşdə komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

TNS: 1. Natan Şepperd, 4. Dominik Korness, 6. Cek Bodenhem, 10. Deniel Redmond, 14. Cordan Uilyams, 15. Eoin Farrell, 16. Daynel Simeu, 17. Cordan Uilyams, 19, 8. Brobbel, 20. Ris Hyuz, 21. Leo Smit

Baş məşqçi: Kreyq Harrison

“Sabah”: 92. Stas Pokatilov, 33. Erivaldo Almeyda, 5. Rəhman Daşdəmirov, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 19. Aaron Maluda, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.

Baş məşqçi: Valdas Dambrauskas.

Qeyd edək ki, ilk görüşdə "Sabah" 2:0 hesablı qələbə qazanıb.

***

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə "Sabah" arasında cavab oyunu başlayıb.

“Park Hall” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürüb. Görüşü Polşadan olan FIFA referisi Mateo Buskets Ferrer idarə edir.