13 iyul 2026 11:29
100

Dövlət icra məmuru vəzifəsinə qəbul prosesi necə aparılır?

Namizədlər müsabiqədən keçdikdən sonra icbari təlimə cəlb olunur, vakansiyalar isə açıq elan edilir

Dövlət icra məmuru vəzifəsinə qəbul bir neçə mərhələdən ibarət olmaqla qanunvericiliyə uyğun həyata keçirilir.

Ədliyyə Nazirliyinin Mətbuat Xidməti "İki sahil"in sorğusuna cavab olaraq qəbul prosesi və vakansiyalarla bağlı tətbiq olunan qaydaları açıqlayıb.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlət icra məmuru vəzifəsinə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Məlumata əsasən, müsabiqədə uğur qazanan namizədlər Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında azı üç ay müddətində icbari təlimə cəlb olunurlar. Təlimi müvəffəqiyyətlə başa vuran şəxslər dövlət icra məmuru vəzifəsinə təyin edilirlər.

Vakansiyalarla bağlı məsələyə gəlincə, bildirilib ki, dövlət icra məmuru vəzifəsi üzrə vakant yerlər yarandıqda bu barədə Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində, sosial media hesablarında və kütləvi informasiya vasitələrində elan yerləşdirilir. Namizədlər üçün müraciət qaydası da həmin elanda ətraflı əks olunur.

Yaqut Ağaşahqızı, “İki sahil”