13 iyul 2026 00:23
101

İran baş məşqçi ilə bağlı qərarını açıqladı

İran millisinin baş məşqçisi Əmir Qalenoi ilə müqavilənin müddəti uzadılıb.

“İki sahil” xəbər verir ki, bu barədə İran Futbol Federasiyası məlumat yayıb.

Bildirilir ki, 61 yaşlı mütəxəssis 2027-ci ilin yanvarında Səudiyyə Ərəbistanında keçiriləcək Asiya Kubokunun sonuna qədər yığmaya rəhbərlik edəcək.

Qeyd edək ki, Əmir Qalenoi 2023-cü ildən İran millisini çalışdırır. Komanda onun rəhbərliyi altında DÇ-2026-nın qrup mərhələsində hər üç oyunda heç-heçə edərək cüzi fərqlə pley-offa yüksəlmək şansını əldən verib.