12 iyul 2026 23:45
96

Yannik Sinner “Uimbldon” turnirinin qalibi olub

Dünya reytinqinin bir nömrəsi, italiyalı Yannik Sinner “Uimbldon” turnirinin qalibi olub.

“İki sahil” xəbər verir ki, o, finalda almaniyalı tennisçi, dünya reytinqinin üçüncüsü Aleksandr Zverevlə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Y.Sinner rəqibini 3:1 (6-7, 7-6, 6-3, 6-4) hesabı ilə məğlub edərək çempion olub. Bununla da italiyalı tennisçi ötən il qazandığı titulu uğurla müdafiə edərək ardıcıl ikinci dəfə “Uimbldon”un qalibi olub.