04 iyun 2026 10:43
87

Zaxarova: Rusiyanın Ermənistandakı seçkilərlə bağlı mövqeyi dəyişməyib

Rusiyanın Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı mövqeyi əvvəlki kimi qalır.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda RİA Novosti agentliyinə verdiyi müsahibədə qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş zamanı Moskvanın mövqeyini açıq şəkildə ifadə edib və həmin mövqedə heç bir dəyişiklik baş verməyib.

Xatırladaq ki, Paşinyan aprelin 1-də işgüzar səfərlə Rusiyada olub və Putinlə görüş keçirib.

Ermənistan hökumətinin başçısı səfərinin nəticələrini yüksək qiymətləndirərək onu “çox uğurlu” adlandırıb. Paşinyan müxtəlif sahələr üzrə mühüm razılaşmaların əldə olunduğunu vurğulayıb.

Daha sonra Ermənistanın baş naziri bildirib ki, İrəvan və Moskva arasında münasibətlərin yeni mərhələdə açıqlıq, qarşılıqlı etimad və səmimiyyət prinsipləri əsasında qurulacağına inanır.