Qadın güləşi üzrə Azərbaycanın U-17 milli komandası Estoniyanın paytaxtı Tallində təlim-məşq toplanışını davam etdirir.
“İki sahil” xəbər verir ki, aprelin 1-dək davam edəcək hazırlıq prosesində 41 ölkədən 250 güləşçi iştirak edir. Milli komandanın böyük məşqçisi Mariya Stadnik toplanış çərçivəsində bütün yeniyetmə güləşçilər üçün ustad dərsi keçib. O, müxtəlif fəndlərin icrasını nümayiş etdirib.
Qeyd edək ki, komandamız Avropa çempionatına hazırlıq çərçivəsində növbəti toplanışı aprelin 6-dan 24-dək Bakıda keçəcək.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar