16 sentyabr 2026 11:39
98

Stolüstü tennisçilər Belçikaya yollanıblar

 

Azərbaycanın stolüstü tennisçiləri Belçikanın açıq çempionatında qüvvələrini sınayacaqlar. Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Xədicə Əbilzadə seçmə komandanın baş məşqçiləri Fərhad İsmayılovla Mixail Timofeyevin rəhbərliyi ilə sözügedən yarışda iştirak edəcək.
Pepinster şəhərində təşkil olunacaq çempionat U 21 yaş dərəcəsindəki idmançılar və böyüklər arasında keçiriləcək.

Sabah start götürəcək yarışa sentyabrın 20-də yekun vurulacaq.