Neft qiymətlərində 2020-ci ildən bu vaxtadək ən böyük artım müşahidə olunur.
“İki sahil” xəbər verir ki, Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazından nəqliyyatın demək olar ki, tamamilə dayanması fonunda neft qiymətləri bahalaşmağa davam edir.
Hazırda “Brent” markalı xam neftin bir barelinin qiyməti 83 dollar, “Light” neftinin qiyməti isə 75 dollar/barel civarında ticarət edilir. Təkcə “Brent” nefti iki gün ərzində təxminən 12 faiz bahalaşıb.
Enerji bazarındakı bu dəyişkənlik və qeyri-müəyyənlik fonunda ABŞ-ın Hörmüz boğazından keçən tankerləri sığortalamaq və müşayiət etmək planını qiymətləndirməyə başlayıb. Belə ki, Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının enerji və digər ticarətin davamlı axınını təmin etmək məqsədilə Hörmüz boğazından keçəcək gəmilər üçün sığorta zəmanətləri və lazım gələrsə dəniz müşayiəti ilə keçid təklif ediləcəyini deyib.
Bundan başqa, OPEC-in ikinci ən böyük istehsalçısı olan İraqın “Rumaila” və “Qərbi Qurna 2” kimi böyük yataqlardan neft hasilatını dayandırmağa başladığı bildirilir. Bunun nəticəsində ölkənin neft istehsalının böyük bir hissəsi azalacaq. Səudiyyə Ərəbistanında isə əsas neft anbarları sürətlə dolur.