04 mart 2026 12:16
101

“Azəralüminium”un ixrac gəlirləri 47 faizdən çox artıb

2026-cı ilin yanvar ayında “Azəralüminium” MMC 12,7 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 milyon dollar və ya 47,7 faiz çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın fevral sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında “Azəralüminium” MMC-nin ixrac gəlirləri 8,6 milyon dollar olub.