23 fevral 2026 22:22
123

Kallas: Brüsseldə rusiyalı diplomatların sayının azaldılması barədə qərar qəbul edilib

Rusiyanın Brüsseldəki missiyasında rusiyalı diplomatların sayının 40 nəfərə qədər azaldılması barədə qərar qəbul edilib.

“İki sahil” xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

"Brüssel diplomatik statusdan sui-istifadə hallarına dözmək niyyətində deyil", - Kallas deyib. Onun sözlərinə görə, bu qərar Ukraynaya qarşı davam edən müharibə fonunda Moskvaya təzyiq strategiyanın bir hissəsidir.

"Diplomatiya həmişə müharibədən üstündür, lakin bir il davam edən danışıqlardan sonra biz heç atəşkəsə belə nail olmamışıq. Sülhə maneə Ukrayna yox, Rusiyadır", - Kallas qeyd edib.

Aİ ərazi güzəştləri məsələsində Kiyevə təzyiqdən Moskvaya qarşı konkret tələblərə keçməyi zəruri hesab edirlər. Kallasın qeyd etdiyi kimi, ədalətli və dayanıqlı sülh üçün əsas şərtlər arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət, təxribatların dayandırılması, hərbi təzminatın ödənilməsi və Rusiyaya aparılmış ukraynalı uşaqların qaytarılması zəruridir.

Diplomatik məhdudiyyətlərdən başqa, Aİ sanksiya və iqtisadi təzyiqi də gücləndirir. Xüsusilə, Rusiyanın "kölgə donanması"na qarşı tədbirlər genişləndirilib, insan hüquqlarının ciddi şəkildə pozulmasına görə yeni sanksiyalar tətbiq edilib, həmçinin ölkənin enerji infrastrukturuna davam edən hücumlar fonunda Ukraynaya Enerji Dəstəyi Fonduna töhfələr iki dəfə artırılaraq 1,85 milyard avroya çatıb.

Kallas qeyd edib ki, Aİ daxilində təhlükəsizliyin təmin edilməsi üçün yüz minlərlə keçmiş Rusiya hərbçisinin Şengen zonasına girişinin qarşısını almağa yönəlmiş tədbirlər hazırlanır. "Biz istəmirik ki, hərbi cinayətkarlar və təxribatçılar küçələrimizdə sərbəst hərəkət etsinlər", - Avropa diplomatiyasının rəhbəri vurğulayıb.