“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə BƏT arasında formalaşmış uğurlu əməkdaşlıq təcrübəsindən bəhs olunub və 2025–2029-cu illər üçün “Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əhəmiyyəti vurğulanıb.
SOCAR-ın iş yerlərində beynəlxalq əmək normalarının tətbiqinə, eləcə də inklüziv yanaşma, müxtəliflik və bərabərlik prinsiplərinin təşviqinə xüsusi önəm verdiyi və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər diqqətə çatdırılıb.
Tərəflər arasında gələcək üçtərəfli əməkdaşlıq və birgə layihələrin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.