23 fevral 2026 15:54
148

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları 2027-ci ilə qədər uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini 24 fevral 2027-ci ilədək uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

Sənəddə bildirilir ki, 2022/266 saylı qərarın 10-cu maddəsinin ikinci abzasında “24 fevral 2026-cı il” tarixi “24 fevral 2027-ci il” tarixi ilə əvəz olunub. Bununla da məhdudlaşdırıcı tədbirlərin qüvvədə qalma müddəti daha bir il artırılıb.

Bundan əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas Rusiyaya qarşı yeni sanksiyalar paketinin razılaşdırılmasının az ehtimallı olduğunu bildirmişdi.

Qərar mövcud sanksiya rejiminin daha bir il qüvvədə saxlanılması deməkdir.