İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında yaxşı bir razılaşma üçün şəraitin əldə edilə biləcəyinə inanır.
“İki sahil” xəbər verir ki, o, bu barədə ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüşəndən sonra məlumat verib.
"Bir sıra məsələlər müzakirə edildi. Lakin görüş əsasən İranla danışıqlara yönəlmişdi. Düşünürəm ki, onun qoyduğu şərtlər Tehranla yaxşı bir razılaşma əldə etmək üçün şərait yarada bilər", - Netanyahu bildirib.