12 fevral 2026 16:57
200

Ramiz Mehdiyev-Əli Kərimli şəbəkəsinin XƏYANƏTKAR ƏMƏLLƏRİ İFŞA OLUNUR - ŞƏRH

Bir müddət əvvəl Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq sədri, hazırda cinayət məsuliyyətinə cəlb olunmuş, vətənə xəyanət və cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərin leqallşadırılması madələri ilə ağır cinayətlərdə ittiham edilən Ramiz Mehdiyevin ölkəmizdə dövlət çevrilişi həyata keçirmək istədiyi ilə bağlı üzə çıxan məktubu dağıdıcı müxalifət düşərgəsinin “başbilənləri”ndən olan AXCP sədri Əli Kərimli və məlum xəyanətkar dəstə ilə bağlı bəzi qaranlıq mətləbləri üzə çıxardı.

AXCP sədri Əli Kərimlinin və Ramiz Mehdiyevin, satqın Abbas Abbasovun və onların ətrafındakıların xəyanətkar əməllərindən hamımız yaxşı xəbərdardıq. Məkrli mərkəzlərdən ölkəmizə qarşı təxribatçı əməllər törətmək tapşırığını alan bu xəyanətkarların antimilli fəaliyyəti bir daha göstərir ki, onlar bu istiqamətdə Azərbaycanın əlehydarları ilə eyni müstəvini bölüşürlər. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fevralın 12-də dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirdikdən sonra yaydığı məlumatda bildirilib ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Əli Kərimliyə təqdim edib.

Məlumata görə, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib. Artıq aydın olub ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Qənimət Zayidov və Fuad Qəhrəmanlı 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası” (“Milli Şura”) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.

Yeri gəlmişkən, DTX-nın Ramiz Mehdiyev barəsindəki cinayət işi ilə bağlı materialında bir vaxtların “boz kardinal”ın xarici xüsusi xidmət orqanı ilə  telefon danışığı da əlavə olunub.  Həmçinin bəlli olub ki, daim milli maraqlrdan pafosla dəm vuran xəyanətkar Ə.Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşmışdı.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizliyi Xidmətində dindirilərkən Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün respublikamızın vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman ona verilən tapşırıqlardan danışarkən bildirib ki, Əli Kərimlidən Azərbaycan Respublikası Milli Məclisini və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC inzibati binalarını ələ keçirmək tapşırığı alıblar.

Heç kimə sirr deyil ki, radikal müxalifətin səsli-küylü, pafoslu, necə deyrələr, beş-üç nəfərdən ibarət qohum- qardaş mitinqlərinin və idarəolunan “etiraz”larının təşkil olunmasında R.Mehdiyevin və komandasının əli olub. Müxtəlif bəhanələrlə ayrı-ayrı xarici ölkələrdə sığıncaq tapan üzdəniraq “söyüş müxalifəti” nin təşkil olunmasında Mehdiyev qaragürunun barmağının olmasına artıq kimsədə şübhə yeri qalmır. Belə ki, R.Mehdiyevin merkantil maraqlarına, şəxsi ambisiyalarına görə daim Azərbaycanın əleyhdarları ilə işbirliyində olduğunu açıq-aşkar görmək olur. R.Mehdiyev Azərbaycandakı şəbəkənin fəaliyyətini xarici ölkə ilə əlaqələndirib, ona rəhbərlik edib, Azərbaycanın dövlət müstəqilliyi, ərazi büyövlü və suverenliyinə qənim kəsilmiş bu şəbəkə ardıcıl olaraq ölkədə gərgin vəziyyət yaratmaq, ictimai sabitliyi pozmaq, Azərbaycanın dövlət maraqlarına qarşı planlar qurmaq və gerçəkləşdirmək istiqamətində fəaliyyət göstərib, ölkənin nüfuzuna xələl gətirmək üçün bütün mümkün vasitələrdən istifadə edib.

Qeyd edək ki, Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir.

Anti-Azərbaycan şəbəkənin maşaları, quyruqbulayanları, yallananları bütün bunlarla heç nəyə nail ola bilməyəcəklər. Öz cılız ambisiyalarını, məkrli niyyətlərini reallaşdırmaq üçün milli maraqları heçə sayaraq Azərbaycan əleyhdarlarının, erməni lobbisinin mənafelərinə xidmət edən həmin dağıdıcı ünsürlər bu dəfə də iflasa uğrayacaq və tarixin zibilliyinə gömüləcəklər.

Zahid Rza, “İki sahil”