12 fevral 2026 16:09
171

Cənubi Amerikanın sahillərində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisi toqquşub

Cənubi Amerikanın sahillərində ABŞ Hərbi Dəniz Qüvvələrinin (HNQ) iki gəmisi toqquşub, nəticədə iki nəfər yüngül xəsarət alıb. Hadisə Karib dənizində hərbi qüvvələrin gücləndirilməsi əməliyyatları zamanı yanacaq doldurma prosesində baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ Cənub Komandanlığının nümayəndəsi Polkovnik Emmanuel Ortiz-ə istinadla məlumat yayıb.

Xəbərə görə, toqquşan gəmilərdən biri “Arleigh Burke” sinfinə aid USS Truxtun döyüş gəmisi, digəri isə sürətli döyüş təminatı gəmisi olub. Onların toqquşması dənizdə yanacaq doldurma zamanı baş verib.

Xəsarət alan iki nəfərin vəziyyəti stabildir. Hər iki gəmiyin heyəti təhlükəsiz şəkildə səyahətə davam edə biləcəyini bildirib, deyə Cənub Komandanlığının nümayəndəsi əlavə edib.

Qeyd edək ki, yanvarın sonunda ABŞ Prezidenti Donald Tramp Kubadan gələn milli təhlükəsizlik təhdidi iddialarına görə fövqəladə vəziyyət elan etmişdi.