Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos və Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən görüş zamanı iqtisadi əlaqələrin inkişafını müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Marta Kos "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Avropada reallıqlar dəyişdikcə, biz Aİ və Türkiyə arasındakı münasibətlərə yenidən baxmalıyıq. Hakan Fidanla münasibətlərimizin gücləndirilməsi, regional infrastruktur layihələrinin təşviqi və iqtisadi əlaqələrimizin potensialının tam reallaşdırılması üçün zəruri olan addımları müzakirə etdim", - o yazıb.