06 fevral 2026 17:09
136

"Turkish Airlines" İstanbuldan İrəvana uçuşlara başlayacaq

Martın 11-dən Türkiyənin milli aviadaşıyıcısı - "Turkish Airlines" ölkənin İstanbul və Ermənistanın paytaxtı İrəvan arasında uçuşlara başlamağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri bu ölkənin Energetika Nazirliyinin Turizm Komitəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, bu barədə aviaşirkət nümayəndələrinin komitə sədri Lusine Gevorqyanla görüşündə məlumat verilib.

"İclasda planlaşdırılan İstanbul-İrəvan-İstanbul reysləri, onların inkişaf perspektivləri, həmçinin yaxın gələcəkdə yeni istiqamətlər üzrə uçuşların həyata keçirilməsi imkanları müzakirə edilib", - komitədən qeyd olunub.