02 fevral 2026 12:46
139

"Bloomberg": "Apple" qatlana bilən smartfon istehsal edə bilər

"Apple" şirkəti qatlana bilən smartfon təqdim etməyi planlaşdıra bilər.

“İki sahil” xəbər verir ki,  bu barədə tanınmış insayder Mark Qurman Bloomberg nəşrinə açıqlamasında bildirib.

Məlumata görə, "Apple" artıq ilk qatlana bilən iPhone modelinin mümkün davamçısı üzərində düşünür. Söhbət daha kompakt ölçülü, “qatlanan telefon” (flip) formatında olan modeldən gedir. Qurmanın sözlərinə görə, ilk qatlana bilən iPhone-un təqdimatına hələ bir neçə ay qalır.

“Apple artıq özünün ilk qatlana bilən iPhone-unun varisi ola biləcək modelin yaradılması imkanlarını nəzərdən keçirir. Bu, qatlanan korpuslu, daha kiçik ölçülü versiya ola bilər. İlk qatlana bilən iPhone-un təqdimatına isə hələ bir neçə ay var”, - deyə Bloomberg yazır.