02 fevral 2026 01:33
99

Tramp BMT-nin maliyyə problemlərini həll etməyə hazır olduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, BMT-nin maliyyə problemləri təşkilatın üzvlərini üzvlük haqqı borclarını ödəməyə məcbur etməklə həll oluna bilər.

“İki sahil” xəbər verir ki, Ağ Evin rəhbəri bunu "Politico" qəzetinə telefonla müsahibəsində deyib.

"Əgər onlar Trampın yanına gəlsəydilər və ona desəydilər, mən hamını ödəniş etməyə məcbur edərdim, elə NATO-nu ödəniş etməyə məcbur etdiyim kimi", – ABŞ Prezidenti vurğulayıb.

O, eyni zamanda, ABŞ-ın öz borcunu ödəyib-ödəməyəcəyini dəqiqləşdirməyib.