02 fevral 2026 00:38
125

Xartum aeroportuna üç ildən sonra ilk dəfə sərnişin təyyarəsi enib

Sudanın Xartum Hava Limanı son üç ildə ilk dəfə sərnişin təyyarəsi qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə "RFI" radiostansiyası məlumat yayıb.

"Sudan Airways" milli aviaşirkətinə məxsus təyyarə Port Sudandan Xartuma gəlib. Digər sərnişinlərlə yanaşı, təyyarənin göyərtəsində ölkənin Baş naziri Kamil İdris də olub.

Sudan Mülki Aviasiya İdarəsi bu reysi "tarixi" adlandırıb, çünki paytaxt aeroportu 2023-cü ilin aprelində silahlı münaqişənin başlaması ilə bağlı fəaliyyətini dayandırmışdı.

Sudanda vəziyyət 2023-cü ilin aprelində gərginləşib. Yalnız keçən ilin may ayında ordu Xartumu azad edib, yanvarın 11-də isə İdris hökumətin oraya qayıtdığını elan edib.