Tramp administrasiyası İrana bir neçə kanal vasitəsilə razılaşma üçün görüşməyə açıq olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın yüksək vəzifəli rəsmisi “Axios”-a açıqlamasında deyib.
Ağ Ev rəsmisi Trampın İrana qarşı zərbə endirilməsi ilə bağlı yekun qərar vermədiyini və diplomatik həll yoluna açıq qaldığını əlavə edib.