01 fevral 2026 22:22
125

Hindistan ordusunun Baş qərargah rəisi Ermənistana səfər edib

Hindistan Silahlı Qüvvələrinin (SQ) Baş qərargah rəisi general Anil Çauhanın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə yerli KİV Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik səfər çərçivəsində müzakirə olunacaq mövzuları açıqlamayıb.

Qeyd edək ki, Çauhanın İrəvana səfəri əvvəlcədən elan edilməyib.