Fevralın 1-də Rusiya ordusu Ukraynanın Dnepropetrovsk bölgəsində avtobusa dronla hücum edib. Hücum nəticəsində 12 nəfər ölüb, 7 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” səhifəsində məlumat verib.
Qanja bildirib ki, hadisə Pavloqrad rayonu ərazisində baş verib.
Avtobusda olanlar mədən işçiləri olub, onlar növbədən çıxarkən dron hücumuna məruz qalıblar.