01 fevral 2026 20:11
143

Süni intellektlə bağlı təqaüd proqramında məbləğin müəyyənləşdirilməsi meyarı açıqlanıb

Süni intellektlə bağlı Gənclər Fondu tərəfindən təqaüd proqramı elan olunub və hazırda qeydiyyat prosesi davam edir.

“İki sahil” xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən "GəncLAND" Gənclər Festivalı zamanı jurnalistlərə açıqlamasında deyib.

"Seçilən gənclər aylıq təqaüd əldə edəcəklər və bununla özlərini süni intellekt, innovasiyada inkişaf etdirə biləcəklər" , - Y. Vəliyev bildirib.

Onun sözlərinə görə, təqaüdün məbləği seçilən şəxsdən asılı olacaq.

Y. Vəliyev həmçinin bildirib ki, yaxın günlərdə Azərbaycanın ən böyük fərdi intellektual yarışı təşkil olunacaq.

"Eyni zamanda, "GəncTalks" proqramı da təşkil olunacaq" , - o deyib.