01 fevral 2026 20:20
130

İsrail mətbuatı: İranla potensial müharibənin dəyəri təxminən 10 milyard dollara çata bilər

İsrailin 13 iyun 2025-ci ildə İrana qarşı başlatdığı son müharibə İsrailə təxminən 20 milyard şekel (6,37 milyard dollar) başa gəlib.

İki sahil” yazır ki, İsrailin “Calcalist” iqtisadi xəbər saytında olunan məlumata görə, İsrail təhlükəsizlik qurumlarının yüksək vəzifəli şəxsləri münaqişənin müddətindən və gedişindən asılı olaraq yeni bir münaqişə mərhələsinin on milyardlarla şekelə başa gələ biləcəyi barədə xəbərdarlıq ediblər.

İsrail Baş Qərargah rəisinin keçmiş iqtisadi müşaviri (2011-2014) Rim Aminoaçın fikrincə nisbətən ən ucuz ssenari İsrailin heç bir hücum etməməsidir: “İsrail hücum etməsə belə, əhəmiyyətli xərclər olacaq. Hava hücumundan müdafiə sistemlərinin dəyəri milyardlarla şekelə bərabərdir. Belə bir ssenaridə təkcə hərbi xərc 7 ilə 10 milyard şekel (2,23-3,18 milyard dollar) arasında ola bilər".

İsrail Baş Qərargah rəisinin keçmiş müşaviri (2014-2017) Şaşon Həddad isə ötən ilin iyun ayında İranla baş verən müharibəyə bənzər bir müharibədə xərclərin 15 ilə 25 milyard şekel (4,78-8 milyard dollar) arasında dəyişə biləcəyini təxmin edir.

Hesabatda qeyd olunur ki, bu rəqəmlər yalnız hərbi xərcləri əhatə edir və mülki xərcləri əhatə etmir, buna görə də ümumi xərc 30 milyard şekelə (təxminən 9,8 milyard dollar) çata bilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”