01 fevral 2026 16:44
113

Cilardino istefaya göndərildi

İtaliyanın "Piza" klubu baş məşqçisi Alberto Cilardinonu istefaya göndərib

“İki sahil” xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti yayıb.

Yarışın autsayderinin rəhbərliyi Cilardinonun işindən razı qalmayıb. 

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2025-ci ilin yayından "Piza"nı çalışdırırdı. Bu müddət ərzində komanda 25 oyun keçirib, 2 dəfə qalib gəlib, 11 qarşılaşmada heç-heçə edib, 12 görüşdə isə məğlub olub. "Piza" A seriyasının 23 turundan sonra 14 xalla 19-cu yerdədir.