01 fevral 2026 18:25
99

Antonio Tayani : Balkanlar Ukraynadan əvvəl Aİ-yə qoşulmalıdır

Balkan ölkələri Avropa İttifaqına (Aİ) qoşulma prosesində bir sıra digər ölkələrə nisbətən prioritetə ​​malikdirlər.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani "Corriere della Sera"ya müsahibəsində bildirib.

"Biz Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyirik, amma Balkanlar birinci yerdədir. Biz onlara qarşı öhdəliklər götürmüşük və onlar bizim üçün prioritetdir. 3 martda Romada "Balkanların Dostları" görüşünü keçirəcəyik. 1 apreldə Serbiyaya dəstəyimizi ifadə etmək üçün Almaniyanın xarici işlər naziri Vadeful ilə birlikdə Belqrada gedəcəyik. Biz Ukraynanın öz yolu ilə getməsinə kömək edəcəyik", - deyə o bildirib.

Xatırladaq ki, 2022-ci ilin iyun ayında Avropa İttifaqı Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu verərək, danışıqların rəsmi olaraq başlanması üçün bir neçə ciddi şərt irəli sürmüşdü.

Yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumunda Serbiya Prezidenti Aleksandr Vuçiç qeyd edib ki, Aİ daxilində əsas mübarizə 2027-ci ildə Ukraynanın ittifaqa qoşulması ilə bağlı olacaq.