30 yanvar 2026 18:38
134

Rusiya Ukraynanın itkilərini açıqladı - 1437-ci gün

Rusiya müharibənin 1437-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 111 634 PUA-sı, 646 zenit-raket kompleksi, 27 404 tank və digər zirehli texnikası, 1 653 reaktiv yaylım atəş sistemi, 32 952 artilleriya və minaatanı, 53 186 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.