29 yanvar 2026 03:10
163

Rövşən Nəcəf "Qarabağ"ı təbrik etdi

AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib.

İki sahil” xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan futbol tarixində növbəti mühüm uğura imza ataraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” Futbol Klubunu və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram”, - təbrikdə qeyd edilib.