30 yanvar 2026 20:40
103

Almaniya Kansleri Körfəz regionuna səfər edəcək

Almaniyanın Federal Kansleri Fridrix Merts fevralın 4-də Körfəz regionuna səfər edəcək.

“İki sahil” xəbər verir ki, hökumət sözçüsünün məlumatında fevralın 6-dək davam edəcək səfərin Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edəcəyi bildirilib.

Almaniya hökumətinin rəhbəri səfərə Səudiyyə Ərəbistanından başlayacaq. Fevralın 5-6-da isə Qətərdə və Birləşmiş Ərəb Əmirliklərində görüşlər planlaşdırılır.

Səfərin məqsədi Körfəz regionunda tərəfdaşlıqların möhkəmləndirilməsi və daha da dərinləşdirilməsidir.