28 yanvar 2026 18:20
161

Fiqurlu konkisürənlərin olduğu təyyarə qəzasının əsas səbəbi...

ABŞ-da baş vermiş sərnişin təyyarəsi qəzasının əsas səbəbi vertolyot marşrutunun düzgün tərtib edilməməsi olub. Hadisə nəticəsində Rusiyanın fiqurlu konkisürənləri həlak olmuşdu.

“İki sahil” xəbər verir ki,  bu barədə The Washington Post məlumat yayıb.

ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Milli Şurasının rəhbəri Cennifer Homendi bildirib ki, həmin vertolyot marşrutu orada ümumiyyətlə olmamalı idi.

O, hadisəni “100% qarşısı alınabilən qəza” olaraq qiymətləndirib.

Təyyarə Uişitodan uçub, burada ABŞ fiqurlu konkisürmə çempionatı keçirilmişdi və Vaşinqton yaxınlığında qəzaya uğrayıb.

Qəza zamanı vertolyot təlim uçuşu həyata keçirirdi və sərnişin təyyarəsi ilə toqquşub. Təyyarədə 28 xizəksürən, məşqçilər və ailə üzvləri olub. Onların arasında keçmiş SSRİ və Rusiya milli komandalarının üzvləri, dünya çempionları Yevgeniya Şişkova və Vadim Naumov, həmçinin sabiq fiqurlu konkisürənlər İnna Volyanskaya və Aleksandr Kirsanov da yer almışdı.