28 yanvar 2026 21:15
119

Litva Rusiya və Belarusa qarşı sanksiyaların müddətini uzadıb

Litva Nazirlər Kabineti Rusiya və Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin müddətinin 2027-ci ilin sonunadək uzadılmasını təsdiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə Litva KİV məlumat yayıb.

Litva 2023-cü ilin aprelində Ukraynanın təhlükəsizliyinə mənfi təsir göstərən dövlətlərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul etmişdi. İlkin olaraq, qanun 2026-cı il mayın 2-dək qüvvədə idi.

Bildirilir ki, tədbirlərin uzadılması regiondakı cari vəziyyətlə, həmçinin təhlükəsizlik və sabitliyin təmin edilməsinə yönəlmiş tədbirlərin dəstəklənməsi zərurəti ilə bağlıdır.

Məlumatda qeyd olunub ki, qanunun müddətinin uzadılması milli siyasət çərçivəsində Rusiya və Belarus şirkətlərinə məhdudiyyətlərin tətbiqini davam etdirməyə imkan verəcək.