Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işlərə başlayıb.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında nazirliyin Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov bildirib.
"Artıq nazirlikdə öz texniki dilində olsa da bir "data warehouse"un formalaşması ilə bağlı iş aparılır. Məhz süni intellektin istifadə olunmasının əsas mahiyyəti datanın formalaşmasıdır. Düzgün data formalaşsa təbii ki, bundan istifadə imkanı yaradılacaq. Bu istiqamətdə artıq işlərə başlanıb, lazımi addımlar atılıb ki, bu infrastruktur formalaşsın", -deyə o qeyd edib.
Azərbaycan hazırda dövlət idarəçiliyini və iqtisadi inkişaf modelini rəqəmsal transformasiya üzərində qurmağa çalışır
Nazir müavini: SOCAR Serbiyada ilk böyük birgə layihəsini həyata keçirməyə hazırlaşır